ABNA24 Xəbər Verir, Qətər əmiri bu telefon söhbətində İran İslam Respublikasının prezident seçkilərində qalib gəlməsi münasibətilə Ayətullah Rəisini təbrik edib və ona uğurlar diləyib.
Tərəflər bu söhbətdə ikitərəfli əlaqələr və onun genişləndirilib, gücləndirilməsi barədə danışıblar.
Şeyx Təmim bin Həməd Ali-Sani ötən şənbə günü də bir müraciətdə İran prezident seçkilərində qalib gəlməsi münasibətilə Ayətullah Rəisini təbrik etmişdi.
Keçən cümə günü bütün İranda, həmçinin dünyanın 133 ölkəsində iranlıların geniş iştirakı ilə 13-cü prezident seçkiləri keçirildi. Bu seçkilərdə Ayətullah Seyyed Ebrahim Rəisi on səkkiz milyondan çox səs toplayaraq, İranın səkkizinci prezidenti seçildi.
342/