23 mart 2021 - 15:56
Rusiya ilə bu məsələdə işləyə bilərik - ABŞ

ABŞ hesab edir ki, fikir ayrılığına baxmayaraq, Rusiya ilə nüvə məsələsi də daxil olmaqla, ikitərəfli münasibətlərdə birgə işləmək olar.

ABNA24 Xəbər Verir, bunu ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

“Rusiya ilə münasibətlərdə çətin günlərin olacağına əminik, çünki mövqelərimizin bir-birindən dərindən fərqləndiyi və qətiyyətlə cavab verməli olduğumuz bir sıra məsələlər var. Amma Rusiya ilə gündəmdəki əsas məsələlərdə işləyə biləcəyimizə də inanırıq”, - Sallivan bildirib.

342/