4 mart 2021 - 06:50
Manukyan: "Ordu Paşinyanın qərarına tabe olmayacaq"

Ermənistanda müxalifət lideri yenidən Paşinyana meydan oxudu.

ABNA24 Xəbər Verir, müxalif “Vətənin Qurtuluşu  Hərəkatı”ndan baş nazirliyə namizəd olan Vazgen Manukyan deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək qərarına gəlsə, ordu itaət etməyəcək.

O, həmçinin Qasparyan məsələsində Paşinyanın Armen Sərkisyana təzyiq göstərdiyini güman etdiyini bildirib.

Manukyan, hökuməti təhdid edərək, əlavə edib ki, əgər müharibə istəyirlərsə, onu alacaqlar.

Xatırladaq ki, Qaspariyanın baş nazir tərəfindən kənarlaşdırılması Ermənistanda böyük böhrana səbəb olub, prezident bu qərarı imzalamaqdan imtina edir. Paşinyan isə ordu generalını dövlətə xəyanətdə ittiham edir. 

342/