ABNA24 Xəbər Verir, açıqlamada bu hücumların 45%-nin birbaşa hədəf seçilərək edildiyi və onların 43%-nin uşaq və qadınlardan ibarət olduğu vurğulanıb.
Əfqanlararası müzakirələrin 12 sentyabr 2020-ci il tarixində Dohada başlaması ilə hücumların artdığı qeyd olunub. Hücumların 46%-də "Taliban", 8%-də İŞİD, 24%-də isə dövlət qüvvələri ittiham edilib.
UNAMA-nın son 7 ildə Əfqanıstandakı itkilərlə bağlı hesabat hazırladığı bildirilən açıqlamada bu müddətdə hər il orta hesabla 3 mindən çox mülki şəxsin öldüyü qeyd edilib.
UNAMA-nın açıqlamasını rədd edən "Taliban" itkilərin əsas günahkarlarının ört-basdır edildiyini və mülki itkilərin əksəriyyətinin xarici qüvvələrin hücumlarına görə olduğunu iddia edib.
342/