ABNA24 Xəbər Verir, Kabil polis komandanlığının sözçüsü Ferdous Fəramərz bildirib ki, partlayışın biri, şəhərin üçüncü təhlükəsizlik rayonunun "Birlik Körpüsü" bölsəsində baş verib. Nəticədə iki nəfər ölüb.
Bu gün səhər Kabilin dördüncü və altıncı təhlükəsizlik rayonlarında baş vermiş iki partlayış nəticəsində isə iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıbdır.
İki gün əvvəl də Kabil şəhərində iki partlayış baş verdi ki, onlardan birində Kabil Universitetinin İslam elmləri fakültəsinin iki müəllimi həyatını itirdi.
342/