Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, yağı düşmən qüvvələrinin İslamın ayrılmaz parçası olan Azərbaycan Respublikası əleyhinə başlatdıqları 44 günlük Vətən Müharibəsində çox sayda Şiə balaları, ağaları İmam Hüseynə (əleyhi səlam) iqtida edərək, şirin canlarından keçib Şəhidlik məqamına yüksəldilər. Bir çoxları isə müxtəlif bədən yaraları alaraq Qazilik məqamına ucalıdlar. Bunlardan biri də XTD-nin Giziri Şəhid Əmirli Tofiq Şəmsəddin oğlu idi.
Şəhid Tofiq Əmirli 1992-ci il fevralın 27-də Azərbaycanın Talış Bölgəsinin Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. Daha sonra Cəlilabad şəhərinin Göytəpə qəsəbəsinə köçmüşlər.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tofiq Əmirli 2020.09.27 tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ Müharibəsində Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı və "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi edilmişdir.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə isə Az. Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Ölkə daxilində olduğu kimi ölkə xaricində də XTD-nin giziri Şəhid Əmirli Tofiq Şəmsəddin oğlunun igidliyi və dinə olan bağlılığı haqqında dəyərli məlumatlar verilmişdir.
İslamın ayrılmaz parçası olan Azərbaycan Respublikasının işğalda olan ərazilərinin azad olunması uğrunda gedən müharibədə qəhrəmancasına şəhid olan gizir Əmirli Tofiq Şəmsəddin oğlunun qəhrəmanlığından hamı söz açır. Belə ki, Türikiyənin 14 TV proqramında Şəhid Əmirli Tofiq Şəmsəddin oğlunun igidliyi barəsində danışılmışdır.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!
