ABNA24 Xəbər Verir, Sahibə Qafarova Azərbaycan Respublikası və İran parlamentləri sədrlərinin qarşılıqlı səfərləri və imzalanan sənədləri iki ölkə əlaqələrinin genişlənməsində vacib sayıb. Bildirib ki, ardıcıl siyasi dialoqlar iki ölkənin iqtisadi, mədəni və humanitar anlaşmalarına müsbət təsir göstəribdir.
Azərbaycan Respublikası milli məclisinin sədri ölkəsinin İran İslam Respublikası ilə parlamentlərarası əlaqələrinin vacibliyini vurğulayıb.
Qafarova həmçinin İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünü himayə etməsinə görə, təşəkkür edib.
İran İslam Şurası Məclisinin milli təhlükəsizlk və xarici siyasət komissiyasının sədri Moctəba Zunnur da bu görüşdə deyibdir ki, İran İslam Respublikası müxtəlif sahələrdə Azərbaycan Respublikası ilə əlaqələrini dərinləşdirməyə maraqlıdır.
Zunnur İranın Azərbaycan Respublikasının azad olunmuş ərazilərinin minalardan təmizlənməsində, eləcə də bu ölkənin dini məkanlarının bərpası və abadlıq işlərində iştirak etməyə hazır olduğunu bildirib.
Çərşənbə axşamı günü Bakıya daxil olmuş İran İslam Şurası Məclisinin nümayəndə heyətinin üzvləri həmçinin Azərbaycan Respublikasının xarici işlər naziri, bu ölkənin korrupsiya ilə mübarizə, müdafiə və təhlükəsizlik məsələləri komissiyalarının üzvləri və Naxçıvan rəsmiləri ilə görüşüblər.
342/