6 fevral 2021 - 15:49
Fransanın Bordo şəhərində yaşayış evində partlayış olub

Şənbə günü Fransanın Bordo şəhərinin mərkəzində yaşayış evində partlayış baş verib.

ABNA24 Xəbər Verir, BFM telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı 3 nəfər xəsarət alıb, 2 nəfər itkin düşmüş sayılır.

Yuxarı mərtəbədə baş verən partlayışın dalğasından yaxınlıqdakı mağazaların şüşələri sınıb.

Hadisə yerinə onlarla yanğınsöndürən maşın cəlb olunub, məhəllə polis tərəfindən əhatəyə alınıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

342/