ABNA24 Xəbər Verir, Avropa İttifaqının Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında deyib: "Kipr adası ilə bağlı danışıqlar ən tez bir zamanda başlamalıdır".
Cozep Borrel əlavə edib: "Həmçinin Şərqi Aralıq dənizində gərginliklər davamlı şəkildə və sülh yolu ilə azaldılmalıdır".
Türkiyənin xarici işlər naziri də bu mətbuat konfransında deyib: "2021-ci il Türkiyə ilə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərdə çətin bir il olacaq".
Movlud Çavuşoğlu əlavə edib: "Borrelə miqrantlar müqaviləsini yeniləməyi, həmçinin Şərqi Aralıqda çoxtərəfli konfranın keçirilməsini təklif etdik və Türkiyə vətəndaşlarının Avropa İttifaqına vizasız səfər etmələri və gömrük qanunlarının yenilənməsi barədə danışdıq".
342/