ABNA24 Xəbər Verir, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, əfv edilənlər arasında D.Trampın keçmiş köməkçisi Stven Bennon da var.
O, Meksika ilə sərhəddə divar tikintisinin vəsaitinin 3 nəfərlə əlbir olaraq mənimsəməkdə ittiham olunub. Məlumata görə, bu məqsədlə 25 milyon ABŞ dolları məbləğində toplanan maliyyə vəsaitinin yüz minlərlə dolları Bennon və dostlarının şəxsi işləri üçün xərclənib. O, 2017-ci ilin yanvarından avqustunadək D.Trampın siyasi və strateji məsələlər üzrə baş məsləhətçisi, habelə seçkiqabağı kampaniyasına başçılıq edənlərdən olub.
342/