29 dekabr 2020 - 07:59
 İmam Hüseynə (ə) oxunan mərsiyələr Qarabağın Azad edilməsində Ordumuza böyük ruh yüksəkliyi verirdi- Video

Əsgərlərimiz döyüş meydanlarında Ləbbeykə ya Hüseyn! Deməkləri ilə yanaşı kazarmalarda, istirahət üçün qurulan çadırlarda və səngərlərdə də İmam Hüseynə mərsiyə deyib sinə vururlar.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Azərbaycan Ordusunun bir çox əsgərləri İkinci Qarabağ Müharibəsində böyük rəşadətliklər göstərərək “Cəsur Əsgər” ordeni ilə təltif olunublar.

Bunun əsas səbəblərindən biri isə, məhz Azərbaycan Xalqının İmam Hüseynə (əleyhi səlam) olan məhəbbəti və bağlılığıdır.

Sosial şəbəkələrdə paylaşılan videolarda da aydın görünür ki, Azərbaycan Respublikasının igid əsgər və zabitlərinin əsas ruh yüksəkliyi onların Əhli-Beytə (əleyhimus-səlam) olan bağlılıqlarındadır. Əsgərlərimiz döyüş meydanlarında Ləbbeykə ya Hüseyn! Deməkləri ilə yanaşı kazarmalarda, istirahət üçün qurulan çadırlarda və səngərlərdə də İmam Hüseynə mərsiyə deyib sinə vururlar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!