24 dekabr 2020 - 13:40
Türkiyə yeni qırıcı PUA-larının anonsunu verdi

Havadan-havaya raket atan PUA-larımız çox yaxında təqdim ediləcək.

ABNA24 Xəbər Verir, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir ölkə mətbuatına açıqlamasında deyib.

“Hazırda istifadə edilən PUA-larımızdan böyük, daha çox və ağır, “hava-hava” raketi daşıya bilən PUA-lar istehsal edirik. Bununla yanaşı, pilotsuz qırıcı istehsalı ilə bağlı layihəmiz də olacaq. Ümumiyyətlə, yeni nəsil modellərinin daha tez istifadəyə verilməsi mümkündür”, - deyə İ.Dəmir bildirib.

342/