11 noyabr 2020 - 12:26
Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib

Rusiya Federasiyasına məxsus “İl-76” hərbi nəqliyyat təyyarələri artıq 400-dən çox rus sülhməramlısını Ermənistana çatdırıb, heyət təyyarəni boşaldıb və xidmət sahəsinə getmələri üçün konvoylar yaradıblar.

ABNA24 Xəbər Verir, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

 Məlumatda belə deyilir : “Hazırda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı zabitləri və 15-ci sülhməramlı briqada bölmələrinin hərbçiləri olan 20 “İl-76” hərbi nəqliyyat təyyarəsi Ermənistan Respublikasına enib. Hərbi nəqliyyat təyyarələri 400-dən çox hərbi qulluqçu, zirehli nəqliyyat vasitəsi, zirehli texnika və rabitə vasitələrini çatdırıb”.

342/