ABNA24 Xəbər Verir, Bunu İranın baş prokuroru/ Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş prokurorlarının 18-ci iclasında vurğulayıb.
Höccətulislam Mohəmməd Cəfər Montəzeri videoformatda keçirilən bu iclasda bildirib ki, pozğunluq ləyaqətə, şərəfə, insanlığa və əxlaqa zidd bir anlam və hərəkətdir. O, deyib: Pozğunluq zəminlərinin aşkar edilməyəcəyi və ona uyğun şəkildə əhatəli bir proqramlaşdırmanın aparılmayacağı zamanadək pozğunluq və korrupsiya ilə mübarizədə bir müvəffəqiyyət əldə olunmayacaqdır.
Höccətulislam Mohəmməd Cəfər Montəzeri sonra pozğun və korrupsioner müdirlər və məsul şəxsləri, həmçinin qüdrət mafiyasını hər bir cəmiyyətdə pozğunluğun əsasları adlandırıb və belə qeyd edib: Bu məsələnin bariz nümunəsi, Amerikanın hegemonçu hökmranlarıdırlar ki, bu gün öz maddi hədəflərinə çatmaq və müstəmləkəçi hökmranlıqlarını genişləndirmək üçün müxtəlif pozğunluq və korrupsiyalar törədirlər.
İranın baş prokuroru sonra belə qeyd edib: Bariz nümunəsi/ İŞİD terrorçuları ilə mübarizənin şücaətli komandanlarından olmuş şəhid Qasem Soleymani və şəhid Əbuməhdi Əlmuhəndis kimi şəxsiyyətlərin terror edilmələri və İŞİD kimi beynəlxalq terrorçuları himayə olan siyasi, maliyyə və etik pozğunluqların genişlənməsindən tutmuş bir ölkəyə və xalqa qarşı pozğunluqların genişlənməsi, hegemonçu hökmdarların pozğunluqlarının nümunələrindəndir.
342/