ABNA24 Xəbər Verir, Ayətullah Seyyid Əli Sistani sionist rejim tərəfindən hazırlanan və ya ona bağlı məhsulların ticarətinə icazə verməyib.
Ayətullah Sistani ofisinin saytı mənfəət və gəlirlərinin bir hissəsini Sionist rejimin dəstəklənməsinə sərf edən mərkəzlərdən alqı-satqının icazəli olub olmadığına dair suala cavab olaraq bunları yazıb: "Sionist rejiminin məhsulları ilə yanaşı, Sionist rejiminə təsirli şəkildə dəstək verdiyi sübut edilmiş şirkətlərin məhsulları ilə də ticarət etmək olmaz".
342/