ABNA24 Xəbər Verir, Sudanın Milli Təhlükəsizlik və Müdafiə Şurası sel və daşqınların ardınca bütün ölkə ərazisini təbii fəlakət zonası elan edərək, 3 ay müddətinə ölkə səviyyəsində fövqəladə vəziyyətin elan olunduğunu bildirib.
Sudanın Hökumət Şurasının başçısı Əbdülfəttah Bürhanın iştirakı ilə keçirilən Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında sel və daşqınların fəsadlarını önləmək üçün bütün nazirliklərin iştirakı ilə Ali Komitənin təşkil edilməsinə dair qərar qəbul olunub.
Sudanda aramsız yağan yağışlar çaylarda su səviyyəsinin artmasına, sel və daşqınlara səbəb olub. Nəticədə 4 mindən çox ev tamamilə dağılıb və sular altında qalıb. Onlarla insanın öldüyü bildirilir.
342/