29 avqust 2020 - 12:55
Vaşinqton "Tətik" mexanizmini işə salmağa qadir deyil

Çin-in Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi ABŞ-ın Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarını bərpa etmək iqtidarında olmadığını dedi.

ABNA24 Xəbər Verir, Çin-in AEBA-dakı nümayəndəliyi bütün müxalifətlərə rəğmənVaşinqtonun İran əleyhinə "Tətik" mexanizmini işə salacağı iddiasını həqiqətdən uzaq adlandırıb. 

Bu məlumata görə, Çin-in AEBA-dakı nümayəndəliyi öz Tvitter hesabında paylaşdığı yazıda bildirib: ABŞ iddia edir ki, İran əleyhinə sanksiyaların azaldılması müddətinin uzadılmasına dair qətnamənin irəli sürülməsi və ya sürülməməsindən asılı olmayaraq, sanksiyaları bərpa edəcək. Bu bir ağ yalandır. 

2018-ci ildə ABŞ-ın İran ilə nüvə anlaşmasından çıxdığına işarə edən Çin Vaşinqtonun "Tətik" mexanizmindən istifadə səlahiyyətini itirdiyini vurğulayıb. 

BMT TŞ-nin 13 üzvü də ABŞ-ın "Tətik" mexanizmindən istifadə haqqına və iqtidarına malik olmadığı qənaətindədir.

342/