ABNA24 Xəbər Verir, ABŞ prezidenti Donald Tramp Təhlükəsizlik Şurasının İrana qarşı bütün sanksiyalarını yenidən bərpa edəcəyini deyib.
Tramp deyib: İran əleyhinə silah sanksiyasının müddətinin uzadılmasına dair qətnamənin Təhlükəsizlik Şurasında qəbul olunmamasının ardınca, gələn həftə İran əleyhinə bütün sanksiyaların bərpa edilməsi üzrə BMT-də çalışmalara başlayacağıq. Biz səsvermənin sonunun necə olacağını bildirdik. Gələn həftə isə bütün sanksiyaların bərpa edilməsinə səy göstərəcəyik.
"İran mənim seçkilərdə məğlub olmağımı, daha sonra isə Co Baydenlə müzakirə aparmağı istəyir." deyə Tramp iddia edib.
Tramp daha sonra Rusiya prezidenti Vladimir Putinin İran və Almaniyanın iştirakı ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasının keçirilməsi və iki tərəf arasındakı ixtilafların araşdırılması üzrə təklifinə cavab olaraq bu iclasda iştirak etməyəcəyini və seçkilərin başa çatacağı zamana kimi səbr edəcəyini deyib.
ABŞ-ın İran əleyhinə silah sanksiyalarının müddətinin uzadılmasına dair səyləri ötən gün Təhlükəsizlik Şurasında rüsvayçı bir məğlubiyyətin şahidi oldu.
342/