ABNA24 Xəbər Verir, əllərində plakatlar tutan iranlı tələbələr sionist rejimin regiondakı düşmənçilik siyasətlərini pisləyib, bu rejimin cinayətlərinə etiraz ediblər.
Aksiyaçılar Əbu-Dəbinin Təl-Əvivlə sazişini şeytani bir saziş adlandırıblar. Vurğulayıblar ki, əmirliklər bu sazişlə müsəlmanlar arasında mənfur olubdur.
İranlı tələbələr aksiyanın sonunda bəyanat qəbul ediblər.
Bəyanatın bir hissəsində deyilir: Bəzi yaramaz ərəb hökmranları elə biqeyrət və rəzil olublar ki, öz xəyanətlərini aşkar şəkildə və iftixarla mediayaya çıxarır və minlərlə fələstinli uşağın və gəncin qanının hədər getməsindən belə çəkinmirlər.
342/