ABNA24 Xəbər Verir, Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı nümayəndəsi bir Amerikan-sionisd müəssisə rəhbərinin İranın nüvə fəaliyyətlərinə dair sözlərini tənqid edərək, nüvə anlaşmasına əsasın İranın sivil nüvə fəaliyyətlərini davam etdirməsini qanuni haqq adlandırıb.
Mixail Ulyanov bazar ertəsi günü "Demokratiyanı Müdafiə" adlı amerikan-sionist müəssisənin rəhbəri Mark Dobovitsin İranla bağlı sözlərinə reaksiya olaraq Tvitter-də yazıb: Nüvə anlaşması əsasında İrana sivil nüvə fəaliyyətləri icazəsi verilib. Və İranın nüvə fəaliyyətləri sivil məqsədlər üçün olduğu zamana kimi tamamilə qanunidir.
M.Ulyanov daha sonra İranın nüvə fəaliyyətlərinə nəzarətlə bağlı yeganə səlahiyyətli qrumun Atom Enerjisi üzrə Beynəlxalq Agentlik olduğunu deyərək, buna qarşı çıxanların nüvə anlaşmasını pozduqlarını bildirib.
342/