20 iyul 2020 - 13:59
Suriyanın Əfrin bölgəsində partlayış,13 nəfər yaralanıb

Suriyanın şimal-qərbindək Hələb əyalətinin , "Suriya Milli Ordusu" adə ilə çıxış edən üsyançıların nəzarətində olan Əfrin bölgəsində, bomba partlayışı nəticəsində 13 nəfər yaralanıb.

ABNA24 Xəbər Verir, Anadolu Xəbər Agentliyinin verdiyi məlumata görə, Əfrin mərkəzində "Suriya Milli Ordusu" adlanan Türkiyə dəstəkli üsyançı qüvvələrə məxsus bir avtomobildə bomba partlaması nəticəsində 13 nəfər yaralanıb.
Yerli mənbələr partlayışa görə Kürd Xalq Müdafiə Birliklərini günahlandırıb.
Qeyd edək ki, İyulun 3-də də Əfrində bomba partlayışı nəticəsində bir polis ölüb, iki mülki şəxs yaralanıb.

342/