Abna24 xəbər verir, Yəmənin ordusu və xalq komitələri dünən gecə Marəb vilayətində səud koalisiyası qüvvələri ilə toqquşublar. Bu əməliyyatda bir qrup təcavüzkar, o sıradan səud koalisiyasının əməliyyat komandirinin müşaviri öldürülüb.
Yəmənli qüvvələr Marəb vilayətinin bəzi bölgələrində irəliləyərək, bu vilayətin bəzi hissələrini, o cümlədən Həlhəlan, Əlcufrə və Əlbatin bölgələrini ələ keçiriblər.
Yəmənin Ənsarullah qüvvələri də bu ölkənin mərkəzində yerləşən Əlbiyza vilayətinin Rədman bölgəsini nəzarətə ala biliblər.
342/