16 iyun 2020 - 09:49
Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 18 nəfər ölüb.

Abna24 xəbər verir, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşım edib.

Nazir qeyd edib ki, son 24 saatda 42 032 şübhəli koronavirus testindən keçib, onlardan 1592-nin cavabı pozitiv çıxıb. Bu gün daha 947 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4825 nəfər ölüb, 179 831 nəfər bu infeksiyaya yoluxub, 152 364 nəfəri isə müalicə olunub. Nazir infeksiyaya yoluxanların sağalan xəstə sayını keçməsindən narahatlığını ifadə edib.

342/