Abna24 xəbər verir, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə rəsmilərilə görüşmək, ikitərəfli əlaqələr və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparmaq məqsədilə dünən gecə bir heyətin müşayiətilə bu ölkəyə daxil olub.
M.C.Zərif son aylarda iki ölkə prezidentləri, nazirləri və İran-Türkiyə Müştərək Komissiyanın üzvlərinin telefon danışıqlarına toxunub və xatıladıb: "İran və Türkiyə arasında müxtəlif sahələr üzrə sıx əlaqələr mövcuddur və ardıcıl məsləhətləşmələrə ehtiyac duyulur. Lakin koronavirus səbəbindən bu məsləhətləşmələrin yüksək səviyyədə aparılması mümkün olmayıb".
İranın XİN-nin başçısı bu səfərdən məqsədin ikitərəfli məsələləri araşdırmaq, iqtisadi əlaqələrin, həmçinin enerji sektoru və regional məsələlərdəki əməkdaşlıqların yenidən bərpası barədə fikir mübadiləsi aparmaq olduğunu vurğulayıb.
M.C.Zərif Türkiyəyə iki günlük səfərində sonra beynəlxalq və regional münasibətlər, həmçinin Tehran-Moskva əlaqələrinin genişləndirilməsini müzakirə etmək məqsədilə Moskvaya gedəcə.
Koronavirusun birinci dalğasının nisbətən səngiməsi və Suriya səfərindən sonra, Türkiyə-Rusiya səfəri Zərifin ikinci xarici səfəridir
342/