ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 431 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 035 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 159 797 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 286 nəfər olmaqla 122 793 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 21 043 test aparılıb.