28 may 2020 - 06:30
Azərbaycanda koronavirusa yoluxanların sayı 4,5 mini keçdi

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.