19 may 2020 - 10:37
Ermənistanda koronavirusa yoluxanların sayı 5 mini ötüb

Ermənistanda son sutka ərzində 218 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 3 nəfər ölüb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Ermənistanda koronavirusa yoluxanların sayı 5041 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 64 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 2164 nəfərdir.