ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, BMT-nin Qərbi Asiya sülh prosesi üzrə koordinatoru Nikolay Mladenov vurğulayıb ki, bu əlavəetmə böyük bir təhlükə olaraq, beynəlxalq strukturu zəiflədir.
Mladenov sonra deyib: Qərb sahili bölgələrinin işğal olunmuş ərazilərə qatılması hüquqi, siyasi və təhlükəsizlik nəticələrinə gətirib çıxaracaqdır ki, onlarla qarşılaşmaq çətin olacaqdır.
Sionist rejimin baş naziri Benyamin Netanyahu dünən bu rejimin yeni nazirlər kabinetinin işə başlaması mərasimində deyibdir ki, qərb sahilindəki sionist qəsəbələri işğal olunmuş ərazilərə qatmağa çalışacaq.
Fələstinlilər, həmçinin bir çox dünya ölkəsi və beynəlxalq orqan son həftələr qərb sahilndən bəzi hissələrin sionist rejimin işğalı altında olan ərazilərə qatılması planı ilə öz müxalifətlərini elan ediblər.