ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, APA-nın verdiyi məlumata görə, Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bu məlumatı paylaşaraq qeyd edib ki, son 24 saatda 24001 şübhəli şəxs koronavirus testindən keçib, onlardan 1670-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 3397 nəfər ölüb, 126045 nəfər bu infeksiyaya yoluxub, 63151 nəfəri isə müalicə olunub. Bu gün 4892 xəstə evə buraxılıb.
Fəxrəddin Qoca bildirib ki, Türkiyədə ilk dəfə koronovirusdan müalicə olunub evə buraxılan xəstə sayı hazırda müalicə olunan xəstə sayını keçib.