ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Millət vəkili deyib: "ABŞ-ın qlobal liderlik konsepsiyası iflasa uğradı. Birləşmiş Ştatlar hökuməti özünün qlobal liderlik konsepsiyasını hazırlayıb ortaya qoyanda və onu həyata keçirməyə çalışanda çox güman ki, belə qlobal böhranın baş verəcəyini düşünmürdü."
Deputatın sözlərinə görə, məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, pandemiya dövlətləri bir növ sınaqdan keçirmiş oldu və kriteriyalar müəyyənləşdirdi. Məlum oldu ki, təkcə dövlətlərin iqtisadi gücünün deyil, həm də böhran idarəçiliyini necə həyata keçirməsi olduqca vacib məqamdır.
Elşad Mirbəşiroğlu qeyd edib ki, pandemiyadan kim daha uğurla çıxa biləcəksə, elə beynəlxalq münasibətlər sistemində də o dövlətlərin rolu üstün olacaq və dövlətlər bundan sonra münasibətlərini qurarkən əsasən özlərinin hərbi güclərinə istinad etməyəcəklər.
342/