30 aprel 2020 - 08:28
Pentaqon İranın raket cavabından beyin travması alanlara orden verir

Pentaqon bildirib ki, hazırda bir layihəni araşdırmaqdadır. Həmin layihədə İranın Əynuləsədə qarşı raket hücumlarından irəli gələn beyin travması almış yaralılara xüsusi orden vermək nəzərdə tutulur.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ müdafiə nazirliyi İranın Əynuləsəd bazasına qarşı raket hücumlarından sonra öz itirilmiş abrının əvəzini çıxmaq üzrə bir addımda bu hücumların beyin yaralılarına «Pril Hart» fəxri ordenini verəcək.

Bu istiqamətdə Foks Nyus telekanalı bildirib ki, Pentaqon sözçüsü Cessika Maksvell deyib ki, ABŞ müdafiə nazirliyinin qaydalarına və hərbi xidmətlərə əsasən, bu məsələ araşdırılır.

İranın raket cavabı zamanı Əynuləsəd bazasındakı bir çox hərbçi dedi ki, çox qorxuya düşmüşdü.

İranın raket hücumlarından sonra amerikalı mənbələrin iddiasına görə, bu ölkənin yüzdən çox hərbçisi beyin travmaları alıbdır.

ABŞ prezidenti Donald Tramp, bu ölkənin müdafiə naziri Mark Esper və dövlət katibi Mayk Pompeo İranın Əynuləsəd bazasına qarşı raket hücumlarından sonra iddia etmişdilər ki, bu hücumda amerikalı hərbçilərdən heç biri ölməyib və ya yaralanmayıbdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bu korpusun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar şəhid Qasem Soleymaninin amerikalıların Bağdad hava limanına qarşı terror hücumunda terror edilməsinə cavabda 2020-ci il yanvarın 8-də ABŞ-ın İraqın Ələnbar vilayətində yerləşən Əynuləsəd bazasına qarşı raket əməliyyatı keçirdi.

342/