30 aprel 2020 - 08:22
AB Əfrindəki terror hücumuna reaksiya verib

Avropa Birliyi vurğulayıb ki, Suriyanın Əfrin şəhərində törədilmiş terror hücumu üçün heç bir əsaslandırma yoxdur və onun amilləri öz hərəkətləri qarşısında cavabdeh olmalıdırlar.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel Suriyanın Əfrin şəhərində törədilmiş terror hücumuna reaksiyada bu partlayış qurbanlarının ailələrinin kədəri ilə bölüşərək, BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Qeyr Otto Pedersenin bu ölkədə ümumi atəşkəsin elan olunmasına dair çağırışını dəstəkləyib.

Borrelin bəyanatında vurğulanıb ki, Suriyada sabitliyin bərqərarı üçün yeganə seçim, BMT-nin himayəsilə siyasi prosesin davam etməsidir.

Çərşənbə axşamı günü Suriyanın Hələb vilayətinin Əfrin şəhərində bomba qoyulmuş avtomobilin partlaması nəticəsində 20 nəfər ölüb, onlarla nəfər yaralanıbdır.

Əfrin şəhəri iki ildən çoxdur ki, Türkiyə ordusunun və terror qruplarının işğalı altındadır.

342/