ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nur peykinin uğurlu atışından sonra bəzi avropalı və amerikalı rəsmilər İranın addımı barədə nigarançılıq ediblər. İddia ediblər ki, 2231 saylı qətnamə İran tərəfindən pozulubdur.
İranın məhkəmə hakimiyyətinin sədri Seyyed Ebrahim Rəisi ölkənin məhkəmə rəsmilərinin ali şurasının iclasında Nur peykinin uğurlu atışına görə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-a təşəkkür edib və onu elm və texnologiya sahəsində istehsalın sıçrayışının təzahürü və ölkə üçün qüdrətgətirici bir addım adlandırıb. Deyib ki, bu əhval-ruhiyyəyə söykənməklə bütün sahələrdə iqtisadi problemlərin azaldılması və istehsalın rövnəqi istiqamətində addım atmaq olar.
Rəisi vurğulayıb: İslam İnqilabı Keşikçiləri Korpusunun qüdrətyaratma sahəsindəki bugünkü işi qüvvətlə və hay-küylərə məhəl qoyulmadan davam etməlidir.
İranın məhkəmə hakimiyyətinin sədri çıxışının digər bir hissəsində insan haqları iddiasında olan təşkilatların koronaviruslu günlərdə İran zindanlarının vəziyyəti haqdakı fikirlərinə toxunub və belə deyib: Dünya xalqları heç vaxt insan haqları iddiaçılarının ikili və təzadlı rəftarlarını qəbul etməyəcəklər. Belə ki, bu iddiaçılar bir tərəfdən, insan hüquqlarını pozan ölkələr və rejimlər barədə susurlar, digər tərəfdən isə siyasi yönümlə öz dini və insani prinsipləri əsasında insanların hüquqlarına diqqət yetirən başqa ölkələrin fəaliyyətləri barədə bəhanə gətirirlər.
.............
340