ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Astana prosesinin təminatçı ölkələrinin xarici işlər nazirlərinin video-konfrans formatında üçtərəfli görüşü bu gün təşkil olunub.
Bu Suriya və Regiondakı son hadisələr ətrafında fikir mübadiləsi məqsədi ilə keçirilən bu video konfransda İran İslam Respublkasının xarici işlər naziri Məhəmməd Cavad Zərif , Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu və Rusiya XİN rəhbəri Sergey Lavrov İdlibdə son durum, Suriyada konstitusiya komitəsi, koronavirusun yayılması nəzərə alınaraq sanksiyaların ləğvinin vacibliyi, humanitar durum və didərginlərin öz yurd-yuvalarına qayıtmaları kimi mövzuları müzakirə ediblər.
İran, Türkiyə və Rusiya XİN başçıları həmçinin Suriyanın ərazi bütövlüyü, müstəqilliyi, suverinliyinə hörmət edilməsi, Suriya böhranının siyasi həlli, terrorçuların muxalifətdən ayrılması və terrorizm ilə davamlı mübarizə kimi mövzular barədə razılaşıblar.
Onlar həmçinin bütün səviyyələrdə üçtərəfli məsləhətləşmələrin davam etməsinə, Koronavirus ilə əlaqədar fövqəladə durumun adiləşməsindən sonra İranda Astana prossesinin 6-cı zirvə görüşünün təşkil olunmasına təkid ediblər.
İİR XİN rəhbəri bu video konfransda İdlibdə baş verən son hadisələrə toxunaraq Suriya dövlətinin bu ölkənin bütün ərazilərinə hakimiyyətinin təmin olunmasına, terrorizm ilə mübarizənin davam etdirilməsinə təkid edib.
Zərif həmçinin beynəlxalq ictimaiyyətin və BMT-nin sanksiyaların aradan qaldırılması və Suriya xalqının dərdlərinin yüngülləşdirilməsindəki məsuliyyətinə eləcə də Amerikanın işğalı altında olan düşərgələrdəki didərginlərin durumuna diqqət çəkib.
İİR XİN başçısı sionist rejimin Suriyaya təkrar təcavüzlərinin bu ölkənin milli hakimiyyətini pozduğunu və regional və beynəlxalq sülh, stabilliyinə təhlükə yaratdığını bildirib.
.............
340