20 aprel 2020 - 07:07
İranda koronavirus immunoqlobluninin istehsal şəraiti yaranıb

İranlı tədqiqatçıların səyləri ilə İranda koronavirusa məxsus immunoqloblunin istehsal şəraiti yaranıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İmmunoqloblun və ya antibodi bir növ protein olaraq, bədənin immun sistemində xas bir antigenin iştirakına cavab olaraq, istehsal olunur və qanda dövran edir.

İran müalicə plazması layihəsinin başçısı Həsən Əbulqasemi İranda koronavirus immunoqlobluninin istehsal şəraiti yarandığını bildirib və belə deyib: İranlı mütəxəssislərin ideyası bu cür antibodi düzəltməkdir və bu iş yekun mərhələləri keçməkdədir.

Əbulqasemi sonra deyib: Bu sahədə ölkədə yaxşı işlər görülüb və onların İranın səhiyyə nazirliyi tərəfindən təsdiq olunmasını gözləyirik.

İran müalicə plazması layihəsinin başçısı plazmanın daha təmiz olması və daha asan saxlanma imkanını bu layihənin məziyyətlərindən adlandırıb. Deyib ki, plazma mənfi 20 dərəcədən aşağı hərarətdə və xüsusi kisələrdə saxlanılmalıdır, amma bu vəziyyətdə nümunələr apteklərdə də saxlnacaqdır.

................
340