ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerikanın İraqdakı qüvvə köçürmə kimi şübhəli hərəkətləri və Vaşinqtonun Əlhəşduşşəbi və digər müqavimət qruplarından bəzilərini hədəfə almaq üzrə səyləri barədəki xəbərlərin ardınca İraqda Amerikanın özbaşına hərəkətləri barədə ciddi nigarançılıqlar yaranıbdır. Eyni zamanda, İraqdakı bəzi müqavimət qrupları bildiriblər ki, Amerikanın bu şübhəli hərəkətləri qarşısında susmayacaq və ona cavab verəcəklər.
Bəzi məlumatlar Amerikanın yeni hərbi hərəkətlərini İraqda Ağ Ev-in siyasətlərinin xeyrinə, siyasi münasibəti dəyişdirmək üzrə təzyiqin tətbiqi, həmçinin ehtimal üzrə hərbi çevriliş ilə bağlı biliblər.
Frans-Press dünən gecə ifşa edərək bildirib ki, Amerika İraqın Ələnbar vilayətindəki Əynuləsəd və Ərbildəki hərbi bazalarında «Patriot» raket sistelərini yerləşdirib.
Bu dəyişikliklər elə bir halda baş verir ki, Amerikanın başçılığı altında olan anti-İŞİD adlı beynəlxalq koalisiya bazar günü öz qüvvələrinin İraqın şimalında yerləşən Kərkük şəhərindəki «K-1» bazasından çıxmalarından və onların təchizatlarının İraqın təhlükəsizlik qüvvələrinə tapşırılmasından xəbər verdi.
.............
340