28 mart 2020 - 07:25
Amerikalıların İran xalqına yardım barədəki sözləri yalandır

Sepah-ın baş komandanı amerikalıların İran xalqına yardım barədəki sözlərini yalan və aldatma adlandırıb və bildirib ki, İranın onların köməyinə ehtiyacı yoxdur.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, General-mayor pasdar Hoseyn Səlami bu gün Tehranda sağlamlıq müdafiəçiləri şəhidlərinin xatirəsinə keçirilən mühit təmizləmə və bioloji müdafiə üzrə ümumölkə manevrinin kənarında müxbirlər qarşısında əlavə edib: Amerika başçıları həmişə İran xalqının düşmənləridirlər.

General Səlami bildirib ki, Amerika prezidenti İran xalqını terrorçu adlandırıb və onu beynəlxalq səviyyəli sanksiyalar və təhdidlərin təzyiqi altında qoyubdur. O, deyib: Amerika başçıları İran xalqını məişət problemlərinə düçar etməyə çalışdılar, lakin uğursuz qaldılar.

Sepah-ın baş komandanı sonra belə qeyd edib: Əgər Amerika xalqının yardıma ehtiyacı olarsa, İran ona yardım etməyə hazırdır.

............
340