20 mart 2020 - 12:36
İnqilab Rəhbəri 1399-cu ili "istehsalın sıçrayışı" ili adlandırıblar

İslam İnqilabının Böyük Rəhbəri ilin birinci gününün Həzrət Musa ibn Cəfər(ə)-ın şəhadətinin ildönümü gününə təsadüf etməsinə toxunaraq, o həzrətin müqəddəs məqamına salam göndərib və səadətli Məbəs bayramı və təravətlə dolu Novruz bayramı münasibətilə bütün xalqı, xüsusən möhtərəm şəhid və müharibə əlillərinin ailələrini, sağlamlıq sahəsi üzrə cihadçıları və bütün zəhmətkeş xadimləri təbrik edərək, yeni ili "istehsalın sıçrayışı" ili adlandırıblar.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həzrət Ayətullahuluzma Xamenei xalqın koronavirus məsələsində diqqətə və təqdirəlayiq fədakarlıqlarını xalqın 1398-ci günəş ilində parlamasının digər bir nümunəsi adlandırıb və belə deyiblər: Müalicə məcmuələrinin, yəni həkimlər, şəfqət işçiləri, tibb işçiləri, müalicə mərkəzlərinin müdir və işçilərinin və onların kənarında tələbələr, dini tələbələr və bəsicilər kimi könüllü xalq məcmuələrinin xidmətləri izzət və başıucalıq mənbəyidir.

İslam İnqilabının Böyük Rəhbəri sonda bir daha yeni ili və Məbəs bayramını təbrik edib, ilahi diqqətlərin cəlb olunmasını arzu edərək, İran xalqından istəyiblər ki, öz mənəviyyatları, təvəkküləri və diqqətlərini günü-gündən artırsın.

.............
340

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,