ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məhəmməd Cavad Zərif dünən gecə bir tvitter mesajında yazıb: Donald Tramp bizim hamımızın bildiyimiz bir məsələni, yəni amerikalı hərbçilərin Suriya neftinə yiyələnmək üçün bu ölkədə olduqlarını etiraf edib.
Tramp həmçinin İranın İŞİD-ə nifrət etdiyini etiraf və qəbul edib ki, Suriya, Rusiya və İran İŞİD-lə mübarizə apara bilərlər.
Zərif sonra deyib: Lakin Birləşmiş Ştatlar nəinki İŞİD-lə vuruşmadı, əksinə qorxaqcasına İŞİD-in bir nömrəli düşməni olan general Soleymanini terror etdi və bunu yalnız Trampın əlaltıları və İŞİD bayram etdilər.
Tramp dünən Hindistanda bu ölkənin baş naziri Narendra Mudi ilə görüşdə Amerikanın Əlqaidə-ni, İŞİD-i və digər terror qruplarını məğlub etdiyini iddia edib və bildirib ki, Amerika kimi digər ölkələr, o cümlədən İran, Rusiya və İraq bu qruplarla mübarizə aparmalıdırlar.
...........
340