ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kontr Admiral Həbibullah Səyyari bu gün deyib: İran ordusu Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ilə koronavirus ilə mübarizədə əməkdaşlıqlarını davam etdirir.
Eyni zamanda İranın müdafiə naziri General Mayor Əmir Hatəmi deyib: Koronavirus ilə mübarizə üçün gündəlik 20 min ton dezinfeksiya mayesinin istehsal xətti istifadəyə verilib.
Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İranda koronavirus nəticəsində həyatını itirənlərin sayı 15 nəfərdən ibarətdir. İndiyədək İranda 95 nəfərin koronavirusa yoluxması təsbit edilib.
............
340