ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam inqilabının böyük rəhbəri həzrət Ayətullahül-üzma Xamenei bu gün İranın şərqi Azərbaycan vilayətinin minlərlə əhalisi ilə görüşündə dostlar və düşmənlərin diqqətinin 21 fevral seçkilərində olduğunu bildirərək deyiblər: Düşmənlərin məyus olması və İranın güclənməsinin yeganə yolu və güclü İranın təzahürlərindən biri, güclü , eyni zamanda lazımı qanunları qəbul etmək və hökumətləri istənilən istiqamətə yönəltməklə ölkəyə toxunulmazlıq verən məclisdir.
İslam inqilabının böyük rəhbəri regionun inadkar rejimlərindən biri tərəfindən İran xalqını seçkilərdə inqilabçı şəxslərdən yayındırmaq üçün fars dilli medialardan birinə neft dollarlarından böyük bir məbləğ ayırmasına toxunaraq bildiriblər: Bu məlumat seçkilərin keyfiyyəti və necə keçirilməsinin nəqədər böyük əhəmiyyətə malik olduğunu göstərir.
Həzrət Ayətullahül-üzma Xamenei sözlərinin başqa bir hissəsində Amerika rəsmilərinin İran və seçkilər barədəki son boş boğazlıqlarına toxunaraq bildiriblər: Amerika regionda dərin təsirə malik olan general Süleymanini terror etməklə regionu öz nəzarətinə almaq istəyirdi ancaq prosseslər əksinə getdi və Bağdadda geniş anti-Amerika yürüşü, Suriyada və Hələbdə gedən hadisələr və regiondakı digər məsələlər, onların gözlədiklərinin tam əksini reallaşdırmış oldu.
Həzrət Ahətullahül-üzma Xamenei düşmənin sadəcə General Süleymaninin terrorunda deyil, 40 illik bir döyüşdə daima İran xalqından zərbə aldığı və məğlub olduğunu bildirərək əlavə ediblər: Son 40 ildə amerikalılar islami quruluşu devirmək üçün bütün siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, mədəni, mediya və digər silahlarından istifadə etdilər amma nəinki islami quruluş devrilmədi hətta min dəfə daha gücləndi və Amerika isə keçmişdəkindən daha zəif oldu.
İslam inqilabının böyük rəhbəri Amerikanın hər gün artan zəifliyini şərh edərkən onun indiki görünüşünün bəzənmiş olduğunu bildirərək xatırladıblar: Amerika bu gün 22 trilyon dollar borcla dünyanın ən borclu dövlətidir və bu ölkədə təbəqələr arası fərq həmişəkindən daha böyük olaraq dəhşətli vəziyyətdədir.
Həzrət Ayətullahül-üzma Xamenei xora kimi Amerikanın canına düşən ayrı-seçkilik, təbəqələr arası məsafə, yoxsulluq və cinayət barədə dəhşətli statistik məlumatlar və faktlara toxunaraq bildiriblər: Məşhur Titanik gəmisinin təmtərağı onun batmasına mane ola bilmədiyi kimi, Amerikanın görünüşünün bəzədilməsi və onun təmtərağı da onun batmasına mane ola bilməyəcək və Amerika batacaq.
............
340