26 yanvar 2020 - 09:38
Zərif: " Tramp xarici siyasətini faktlar əsasında qurmalıdır"

İranın XİN başçısı Almaniyanın "Şpigel" həftəlik jurnalı ilə müsahibəsinin bir qisminin təhrif olunmasına reaksiya olaraq ABŞ prezidenti Donald Trampa xarici siysət məsələlərində gerçəkliklərə əsasən çıxış etməsini və qərar verməsini tövsiyə edib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 26-da Tvitterdəki hesabında yazıb: "Yaxşı olar ki, Donald Tramp xarici siyasətdə Foks Nyusun xəbər başlıqları yaxud özünün fars dili təcüməçilərinə istinadla deyil, reallıqlara əsasən çıxış edib qərar versin"

M.C.Zərif həmçinin, Almaniyanın Şpigel həftəlik jurnalı ilə müsahibəsinin onun inglis dilində nəşr olunan versiyasındakı şəkilini paylaşıb və Trampa yaxşı anlamaq üçün bütün müsahibəni inglis dilində oxumasını məsləhər görüb.

ABŞ prezidenti Donald Tramp yanvarın 26-da səhər saatlarında öz Tvitter hesabındakı bir yazıda Zərifin Şpigel jurnali ilə müsahibəsinə işarə edərək, iddia edib ki, İranın xarici işlər naziri sanksiyaların aradan qaldırılacağı təqdirdə Tehran-ABŞ danışıqlarının mümkün olduğunu söyləyib.

...........
340