23 yanvar 2020 - 05:05
Qəzzə Zolağında 3 fələstinli şəhid olub

Qəzzə Zolağında 3 fələstinli gənc sionist hərbçilərin atəş açması nəticəsində şəhid olub.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sionist İsrail rejiminin hərbçiləri yanvarın 22-də səhər saatlarında onların dediyi kimi işğal olunmuş Fələstin ərazilərinə zorla daxil olmaq istəyən üç fələstinliyə atəş açaraq, onları şəhid ediblər.

Sionist rejim hərbçiləri bir bəyanatda onları hədəfə almaq məqsədilə  üç fələstinli gəncin Qəzzə Zolağının cənubunda yerləşən maneələrdən keçəməyə cəhd etdiyini iddia edib.

Fələstinli şəhid ailələrinin milli assambleyası bir bəyanat yayaraq, 2019-cu ildə sionist hərbçiləri tərəfindən Qəzzə Zolağında, İordan Çayının Qərb Sahilində və işğal olunmuş Qüdsdə 149 fələstinlinin şəhid olunmasını və onların 33 nəfərinin uşaq olduğunu bildirir.

Sionist rejim hərbçiləri hər gün müxtəlif bəhanələrlə məzlum Fələstin xalqını şəhid edir, yaralayır yaxud həbs edirlər.

Qəzzə Zolağı 2006-ci ildən İsrail tərəfindən quru, hava və dənizdən mühasirəyə alınıb və bu zolağın sakinləri bir çox problemlərlə üz-üzədir.

............
340