Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, ötən gecə bir qrup rəsmi heyətin müşayiəti ilə, Tehrana daxil olan Venesuela Xarici İşlər Nazirliyi bu gün İran İslam Respublikasının Xarici İşlər Naziri ilə rəsmi görüş keçiriblər.
Səmimi keçirilən görüş zamanı İİR XİN-i Doktor Muhəmməd Cavad Zərif Sərdar Süleymaninin Amerika tərəfindən terror edilməsinin ardınca Venesuela dövləti və xalqının İran İslam Respublikasının dərdinə şərik çıxmalarına və başsağlı verdiklərinə görə venesuelalı həmkarı Xorxe Arreasa cənablarına dərin təşəkkürünü bildirib.
Doktor Zərif bildirib: "Şəhid Marşal Süleymani Müqavimət Cəbhəsinin ən nüfuzlu şəxsiyyətlərindən biri olduğu kimi şəhadətindən sonra da Müqavimət Cəbhəsinin ilhamvericisi olaraq qalmaqdadır."
İran İslam Respublikasının Xarici İşlər Naziri Muhəmməd Cavad Zərif öz venesuelalı həmkarı Xorxe Arreasaya xarici ölkələrdə insanların könüllü sürətdə Müqavimət Cəbhəsinin şəhid Sərdarının xatirəsini hörmətlə yad edərək Amerikanın bu terrorçu siyasətlərinə nifrət bəsləmələri, həmçinin şəhid Süleymani ilə vidalaşma mərasimində milyonlarla iranlının iştirak etməsi, xalqın İslam Hökümətindən Amerika rejiminin zorakı addımları qarşısında dik duraraq, baş əyməmələri və düşməndən intiqam almaqlarını tələb etmələri haqqında geniş izahat verib.
Xorxe Arreasa cənabları da öz növbəsində İran İslam Hakimiyyətinə və İran Xalqına təsliyyət ərz edərək, dərdlərinə şərik olduğunu bildirib.
Venesuela Xarici İşlər Naziri deyib: "Alicənab Marşal Süleymaninin şəhid edilməsi Venesuela hökümətində, xalqın arasında, xüsusi ilə də sosial şəbəkələrdə cavanlar arasında olduqca çox müsbət təsir qoymuşdur. Bizim qənaitimizə görə bu əziz Şəhidin şərəfinə iki ölkə arasındakı əlaqələr daha da dərinləşməli və genişlənməlidir."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!