20 yanvar 2020 - 04:18
Fransada despotiyaya qarşı etirazların 62-ci həftəsi

Fransadakı etirazların ardıcıl 62-ci şənbəsi göstərir ki, etirazçılar hələ də özlərinin yerinə yetirilməmiş tələblərinə israr edirlər.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Parisdəki bir teatr zalında gizli iştirak da Makronun müxaliflərinin “İstefa!” şüarı verməmələrinə gətirib çıxarmadı. Təhlükəsizlik qüvvələrinin dərhal Makronun və həyat yoldaşının ətrafını bürümələrinə rəğmən, az sonra, yəni şənbə günü səhər tezdən məlumat verildi ki, “Le Roton” restoranı yandırılıbdır.

Bu restoran Makronun tərəfdarlarının daim tolaşdıqları məkandır. Eyni zamanda, Makron 2017-ci ildə öz qələbəsini məhz bu restoranda qeyd etmişdi.

Kişi: Bu gün Makron öz siyasətləri ilə problemləri artırıbdır. O, despotiyaya əsaslanan bir demokratiya yaradıbdır.

Etirazlarla bağlı məlumat verilən milyard avroluq xəsarətlərdən əlavə, Fransada ekstremizmin yerləşdirilməsi barədə nigarançılıqlar barədə xəbərlər yayılıb.

Bu məsələ kapitalizmə qarşı 62-ci aksiyada nəzərə çarpır.

Qadın: Totalitar bir rejimin ölkəyə hakim kəsilməsi bir faciədir. Makronun xalqa yeganə cavabı, repressiyadır.

Təkrar şənbələr. Hətta Fransa mediaları da yaralılar və həbs olunanlarla maraqlanmırlar. Bu da aksiyaları qüvvədən salmaq deməkdir.

..........
340