ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Vladimir Putin deyib: Yaxşı olardı ki, bir şəxsin qeyri-məhdud şəkildə Rusiya prezidenti ola bilməsinə icazə verilməsin.
Rusiya prezidenti sonra belə söyləyib: Bu məsələ xalqın xarici əlaqələr, həmçinin ölkə və cəmiyyətdə sabitlik üzrə nigarançılıqları ilə sıx bağlıdır.
Rusiya prezidenti ötən çərşənbə günü Mixail Mişustini bu ölkənin yeni baş naziri kimi təqdim etdi.
Mişustin Dmitri Medvedevin Rusiyanın baş naziri vəzifəsindən istefa verməsindən bir saat sonra bu vəzifəyə seçildi.
Medvedev və onun nazirlər kabinetinin üzvləri Putinin əsaslı dəyişikliklər proqramı mövzulu çıxışından sonra istefa verdilər.
Putin Rusiya parlamentindəki öz illik çıxışında bildirdi ki, ölkəsi əsaslı dəyişikliklərə ehtiyac duyur. O, vurğuladı ki, Rusiya cəmiyyətində dəyişiklik üzrə tələblər aydındır.
..........
340