Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, İran İslam Respublikasının Xübrəqan- Ekspertlər Məclisinin sədri Ayətullah Əhməd Cənnəti İslam İnqilabının yeni nəfəs alması, milli birliyin möhkəmlənməsi və ABŞ və sionist əleyhinə hərəkatların yayılmasının general-leytenant Qasım Süleymanın şəhadətinin bərəkətlərindən olduğunu vurğulayıb.
Ayətullah Cənnəti bildirib: "Qüds Qüvvələrinin komandiri Sərdar Qasım Süleymaninin şəhid olması hamı üçün böyük bir faciə idi."
İraq, Suriya, Əfqanıstan kimi bölgələrin və digər xalqların bu ağrılı hadisəyə görə yas saladığını söyləyən Ayətullah Cənnəti bildirib: "Bu böyük komandirin təqvalı, sakit və mətanəti kimi digər müsbət xüsusiyyətlərə malik olması, onu bənzərsiz, mömin və mücahid bir veterana çevirmişdir."
Qərbi Asiyadakı ABŞ hərbi qüvvələrinin bölgəni tərk etməsi məsələsinin gündəmdə öz yerini qoruduğunu vurğulayan Ayətullah Cənnəti bildirib: "Bu, böyük şəhidin qanından qaynaqlanan sonsuz bərəkətlərindən biridir."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!