13 yanvar 2020 - 07:20
ABŞ-ın General Süleymaniyə qarşı cinayəti barədə yeni məlumatlar yayılıb

Bir amerikan telekanal ifşa edib ki, Blak Vater hərbi şirkətin təsisçisi, Amerikanın hazırkı prezidentinin seçki qərargahına SEPAH-ın Qüds qüvvələrinin komandanının terror edilməsi mövzusunu təklif edibmiş.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 2016-cı il Amerikada prezident seçkilərinin nəticələrinə Rusiyanın müdaxiləsi üzrə işin bəzi sənədləri göstərir ki, bədnam hərbi Blak Vater şirkətinin banisi Erik Prins Donald Trampın seçki qərargahına General Süleymanini terror etməyi təklif edibmiş.

Prins ABŞ-ın təhsil naziri Betsi Devosun qardaşıdır.

CNN bildirib: Erik Prins bu təklifi Trampın keçmiş strateqi olan Stiv Bannona təqdim etdiyi hesabatda verib.

Bu məlumata görə, Trampın o vaxtkı milli təhlükəsizlik müşaviri Maykl Flin eləcə də Amerikanın indiki prezidentinin oğullarından biri Prinsin təklifi ilə razılaşıblar.

...........
340