ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Seyid Həsən Nəsrullah bu gün Şəhid General Qasim Süleymani və onun silahdaşlarının anım mərasimində etdiyi çıxışında deyib: Hacı Qasim sadəcə özü, ailəsi və ya hətta İslam Respublikasını təmsil etmirdi, o regionda bizim ən yaxşı bayraqdarımız idi. General Süleymani 2000-ci ildə Livan torpaqlarının azad edilməsində paya malik idi. İranın bərəkətindən Livan müqaviməti ciddi təhdidə çevrilib.
Seyid Həsən Nəsrullah deyib: İranda, Əhvaz, Məşhəd, Tehran və Qum şəhərlərində şəhidlərlə vidalaşma mərasimlərində xalqın milyonluq iştirakını hamı gördü. Hacı Qasimin təşyi mərasimində dünya nə gördü; İmam ilə vidalaşma mərasimi kimi böyük və misilsiz idi.
Nəsrullah deyib: Hacı Qasimin şəhadətinin ən önəmli mənalarından biri budur ki, Amerikanın həqiqi siması bir daha xalqlarımız və dövlətlərimiz üçün aşkar oldu. Amerikanın son illər ərzində özünü stabilliyin təzminatçısı kimi təqdim etmək cəhdlərinin əksi sübut olundu.
Livan Hizbullahının baş katibi deyib: Müqavimət komandanlarının şəhadəti ilə nəticələnən Amerikanın cinayətinin nəticəsi bir əməliyyat ola bilməz. Bu uzun bir prosesdir və Amerikanın regiondakı hərbi fəaliyyətlərinə son qoymalıdır. İranın raket hücumu və Eynül-Əsəddə baş verənlər Hacı Qasimin terroruna cavab deyil, bir şillə idi.
...........
340