?>

10 ölkənin səfirləri Türkiyədən qovulur

10 ölkənin səfirləri Türkiyədən qovulur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə 10 ölkənin Ankaradakı səfirlərini "persona non grata" elan etməyi tapşırıb.

ABNA24 Xəbər Verir, Rəcəb Təyyib Ərdoğan Eskişehirdə çıxışı zamanı bu barədə XİN-ə tapşırıq verdiyini bildirib.

Səfirləri Türkiyədən qovulan ölkələr ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçdən ibarətdir.

Türkiyə Xarici İşlər Nazirliyi səfirləri yanına çağıraraq onlara Vyana Konvensiyasına riayət edilməsinin zəruriliyini xatırladıb.

Məlumata görə, diplomatlar Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın məhkəməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar arzuolunmaz şəxs elan ediliblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*